AZAL-a yeni qadın pilotlar hazırlanır

39

“Azərbaycan Hava Yolları” QSC (AZAL) yeni qadın pilotların hazırlanması istiqamətində iş aparır.

Mrb.az xbər verir ki, bu barədə AZAL-dan bildirilib.

Qurumun məlumatına görə hazırda, “Airbus 319/320” hava gəmisi tipi üzrə ikinci pilot vəzifəsində 4 qadın çalışır:

“Yeni pilotların hazırlanması və işə qəbulu üzrə məsələyə müsbət baxılır. Bu istiqamətdə işlər davamlı olaraq görülür”, – deyə “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.