Qubada 32 yaşlı kişi intihar edib

42

Qubanın Amsar kəndində intihar hadisəsi baş verib.

Mrb.az-ın məlumatına görə, 1991-ci il təvəllüdlü Sərvər İslamov yaşadığı evin həyətində meyvə ağacından özünü asaraq intihar edib.

Onun meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.