“Aviasiya haqqında” yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib

35

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Aviasiya haqqında” yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Mrb.az xəbər verir ki, sənəd 15 fəsil və 68 maddədən ibarətdir.

Qanun layihəsi səsverməyə çıxarılaraq təsdiqlənib.

Hazırda Azərbaycanda 2005-ci ildə qəbul edilmiş “Aviasiya haqqında” qanun qüvvədədir. Bu illər ərzində avasiya sahəsində baş verən böyük texnoloji yeniliklər və bu sahədə geniş tənzimləməyə ehtiyac yeni qanunun qəbul edilməsini şərtləndirib.