
“Bakıda Şimali Kipr Türk Respublikası Mədəniyyət və Tanıtım Günləri” – “Əbədi Birlik” GİB-nin sədri Şahin Əliyev Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar və baş nazir Ünal Üstellə görüşüb.
Mrb.az xəbər verir ki, prezident Ersin Tatar və Baş nazir Ünal Üstel Bakıda “Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət və Tanıtım Günləri” tədbiri çərçivəsində təşkil olunan qala gecəsində iştirak ediblər.
Yeməkdə prezident Ersin Tatar və xanımı Sibel Tatar, Baş nazir Ünal Üstel və xanımı Zerrin Üstel, Baş nazirin müavini, Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit naziri Fikri Ataoğlu, Türkiyə Respublikasının Bakıdakı səfiri Dos. Dr. Cahit Bağcı, ŞKTC Bakı Nümayəndəsi Ufuk Turqaner və Azərbaycan Diaspor Komitəsinin naziri Fuad Muradov, general-leytenant Bəhtiyar Ersay, TÜRKPA baş katibi səfir Mehmet Süreyya Ər, ATİB prezidenti Cemal Ateş, Azərbaycandan bəzi nazir müavinləri, millət vəkilləri, universitet rektorları, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev, iş adamları və Şimali Kiprdən olan nümayəndələr iştirak ediblər.
Möhtəşəm bir atmosferdə keçirilən qala gecəsində “3 Dövlət, Bir Millət” mesajları verildi və yeni Kipr siyasəti böyük dəstək aldı. Qala şam yeməyi iki ölkənin dövlət himnlərinin oxunması ilə başlayıb.
Şimali Kipr-in tanıtım filminin nümayiş olunduğu gecədə İskele Bələdiyyəsi Xalq Oyunları Qrupu da rəqs nümayişi təqdim edib.






