“Qalatasaray” tanınmış futbolçuları ilə vidalaşır

51

Türkiyənin “Qalatasaray” klubu 5 futbolçusu ilə yollarını ayırmaq istəyir.

“Report” “Milliyet”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi ilk olaraq icarə müddəti başa çatan və kluba qayıdan Mbaye Dian və Rayan Babeldən xilas olmağa çalışacaq. Onlar müvafiq olaraq Belçikanın “Brügge” və Niderlandın “Ayaks” klubunda çıxış ediblər. Baş məşqçi Fatih Terim hər iki futbolçunu komandasında görmək istəmir.

“Sarı qırmızılar” Yunes Belhanda, Sofyan Fequli və Radamel Falkao üçün gələn təkliflərini dəyərləndirmək niyyətindədir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin