Azərbaycan XİN: “İsraildən təxliyə məsələsi hələ ki gündəlikdə deyil”

30

“İsraildən təxliyə məsələsi hələ ki gündəlikdə deyil”.

Mrb.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə deyib.

O bildirib ki, İsraildən çıxmaq istəyənlər və bununla bağlı müraciət edənlər azdır: “Onlar da müntəzəm reyslərlə Azərbaycana gəlirlər. Yəni hələ ki təxliyəyə ehtiyac yoxdur. Belə bir məsələ nəzərdə tutulmayıb”.