M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yeni baş həkim təyin olunub

34

Həkim Elgün Səmədov M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi təyin olunub.

Mrb.az-ın məlumatına görə, bununla bağlı səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Yeni baş həkim artıq səlahiyyətlərinin icrasına başlayıb.

Qeyd edək ki, E.Səmədov 2006-cı ildə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsini bitirib. Bundan əvvəl müxtəlif dövlət və özəl tibb müəssisələrində işləyib.