Rusiya Qafanda Baş Konsulluq açacaq

30

Bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.

Mrb.az xəbər verir ki, oktyabrın 5-də Rusiya Xarici İşlər Nazirliyinin Qafan şəhərində Baş Konsulluğun açılışı üzrə qrupunun rəhbəri Meqri şəhərinin meri ilə görüşüb.

“Bu, Ermənistanın cənubunda yaşayan Rusiya vətəndaşlarının konsulluq xidmətlərinə çıxışını xeyli asanlaşdıracaq və Rusiya-Ermənistan münasibətlərinin daha da möhkəmlənməsinə və regionda vəziyyətin sabitləşməsinə töhfə verəcək”, – açıqlamada deyilir.