
Samuxda intihar hadisəsi baş verib.
Mrb.az-ın məlumatına görə, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1968-ci il təvəllüdlü Natiq Məmmədov meyiti asılmış vəziyyətdə tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. İntiharın hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.



