
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
mobilmedia.az-ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Yolu keçən 2009-cu il təvəllüdlü Nəbiyev Kamran Ədalət oğlunu avtomobil vurub. Müxtəlif xəsarətlər alan azyaşlı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sol ayağın sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.(report.az)



