Qalkinin konsertləri növbəti dəfə təxirə düşdü

34

Rusiyanın Xalq artisti Alla Puqaçovanın həyat yoldaşı, şoumen Maksim Qalkinin Qazaxıstandakı konsertləri növbəti dəfə ləğv olunub.

Mrb.az xəbər verir ki, oktyabrın 8-də Astanada, 9-da isə Almatıda planlaşdırılan konsert texiniki səbəblərə görə təxirə düşüb.

Qeyd edək ki, Rusiyada xarici agent siyahısına salınan Qalkinin ötən ay Estoniyadakı və Qazaxıstandakı konsertləri ləğv olunmuşdu.