Selçuk Bayraktar Azərbaycanda medalla təltif olunub

32

“Dünən Azərbaycanda “Asan xidmət” tərəfindən “Səmərəli Əməkdaşlıq Medalı” ilə təltif olundum”.

Mrb.az xəbər verir ki, bunu “Baykar” şirkətinin texniki direktoru, “TEKNOFEST” aerokosmik və texnologiya festivalının İdarə Heyətinin sədri Selçuk Bayraktar “X” sosial şəbəkəsində qeyd edib.

“Məni bu dəyərli əməkdaşlıq medalına layiq bildiyi üçün Can Azərbaycana təşəkkürümü bildirirəm”, – S.Bayraktar yazıb.