“iPhone 15”-də problem aşkarlandı

32

“Apple”-ın yeni “iPhone 15” modelləri bu yaxınlarda qlobal satışa çıxıb.

Mrb.az xəbər verir ki, bəzi istifadəçilər telefonun temperaturunun 38 dərəcəni keçdiyini bildirib.

Artan şikayətlərdən sonra texnologiya nəhəngi açıqlama edib: “Cihaz quraşdırılma və ya bərpadan sonra ilk bir neçə gün ərzində fonda aktivliyin artması səbəbindən həddindən artıq qıza bilər”.

Digər tərəfdən, “Apple”-ın proqram yeniləməsi ilə bu problemi aradan qaldıracağı qeyd edilib.