Cəlilabadda yol qəzası: yaralılar var

33

Cəlilabadda ağır yol qəzası baş verib.

Mrb.az-ın məlumatına görə, hadisə köhnə Ələt-Astara yolunun Cəlilabad rayonunun Alar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı minik avtomobili “Hyundai” markalı avtomobillə toqquşub.

Nəticədə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.